"Mançester Siti" Xosep Qvardiolanın "Yuventus"a keçəcəyi ilə bağlı iddialara münasibət bildirdi

23 May 2019 21:21 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiolanın İtaliya "Yuventus"una keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Klubun İdarə Heyətinin üzvü Alberto Qalassi məlumatı təkzib edib.

O, bu xəbərdən təəccübləndiyini vurğulayıb: "Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır".

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"yə rəhbərlik edir. 48 yaşlı mütəxəssis 3 il ərzində komanda ilə 6 kubok qazanıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədər mövcuddur. (report)

AzNews.az