Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü

23 May 2019 23:08 (UTC+04:00)

Tovuz rayonunda gənc qadın qonşusu tərəfindən döyülüb.

Hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

Belə ki, 19 yaşlı qadın mübahisə zəminində qonşu qadın tərəfindən döyülüb. O, döyülmə zamanı başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az