Sabirabadda 49 yaşlı kişi balıq tutarkən su kanalının sahilində öldü

23 May 2019 23:27 (UTC+04:00)

Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.

Mərhumun meyiti rayon morquna gətirilib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. (ona.az)

AzNews.az