Neymar və ya Kilian Mbappe PSJ-ni tərk edə bilər

24 May 2019 00:48 (UTC+04:00)

Yaxın vaxtlarda Neymar və ya Kilian Mbappe Fransanın PSJ klubunu tərk edə bilər.

Paris komandasının iki aparıcı oyunçusu arasında ciddi fikir ayrılıqları yaranıb. Münasibətlərdəki gərginlik braziliyalı hücumçunun kollektivdəki gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra başlayıb. Fransalı forvard isə bu sözləri özünə götürüb.

Mbappeni Neymardan təqribən 3 dəfə az olan hazırkı maaşı da qane etmir. 20 yaşlı hücumçunun fikrincə, o, cari mövsümdə öz oyunu ilə ən yüksək əmək haqqı almağa layiq olduğunu sübut edib. İki futbolçu arasında münasibətlər o qədər mürəkkəbdir ki, yayda onlardan birinin PSJ-ni tərk edəcəyi bildirilir. (report)

AzNews.az