Amerikalı aktyora festivalda pivə vermədilər

24 May 2019 09:11 (UTC+04:00)

62 yaşlı amerikalı aktyor Tom Hanks "The Ellen DeGeneres Show" proqramının efirində bildirib ki, ona Stagecoach kantri festivalında pivə satılmayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu il keçirilən festivala musiqi proqramının iştirakçılarından biri olan həyat yoldaşı Rita Uilson ilə birlikdə gəlib.

"Gündüz idi, mən bir şüşə yaxşı dadlı pivə istəmişdim", — Hanks bildirib.

Aktyor dəqiqləşdirib ki, Stagecoach-da pivəni dörd qadın satırdı, onlar da şəxsiyyət vəsiqəsi olmadan Henksə pivə süzməkdən qəti imtina ediblər.

Onun sözlərinə görə, o, təxminən 20 dəqiqə heyətlə söyüşüb, sonra isə onlara müxtəlif tədbirlərə bilet təklif etməyə başlayıb, lakin ona pivə satılmayıb.

Henks əlavə edib ki, bir müddət sonra onu festivalın adı açıqlanmayan əməkdaşı tapıb və ona alıcının yaşını təsdiqləyən və alkoqol əldə etməyə imkan verən xüsusi qolbaq verib.

Keçən il Hanks bir restoranda hamıya yemək sifariş verib.

Babək Göyüş

AzNews.az