Ukraynada Ali Radaya seçkilər üzrə kampaniyaya start verildi

24 May 2019 10:06 (UTC+04:00)

Ukraynada Ali Radaya vaxtından əvvəl seçkilər üzrə kampaniya rəsmən başlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, qanuna əsasən, seçki prosesi müvafiq Fərmanın dərc olunmasından sonrakı gün başlayır.

Ötən gün "Uryadovıy kuryer" hökumət nəşrində ölkə prezidenti Vladimir Zelenskinin Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və 21 iyul 2019-cu il tarixinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Fərmanı dərc edilib.

Babək Göyüş

AzNews.az