Yaya 1 həftə qalmış Rusiyanın bu şəhərinə qar yağdı

24 May 2019 10:17 (UTC+04:00)

Rusiyanın Yamala bölgəsinin paytaxtı Salexard şəhərinə qar yağıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, qəfil qar yağışına görə əraziyə 14 ədəd xüsusi texnika çıxarılıb.

Hal-hazırda qar yağışı üzündən paytaxtı ən yaxın Labıtnanqi şəhəri ilə birləşdirən bərə keçidi iflic olub.

Sinoptiklərin məlumatına görə, şəhərdə sabah, mayın 25-də də qar yağacağı gözlənilir.

Daha əvvəl bildirilmişdi ki, güclü qar yağışları Korsikanı da ağuşuna alıb.

Babək Göyüş

AzNews.az