Marketdə qanlı dava kameralara yaxalandı - VİDEO

24 May 2019 10:34 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində marketdə baş verən dava anbaan kameralara yaxalanıb.

AzNews.az xəbər verir ki, davaya səbəb isə son istifadə tarixi keçən qaymaq olub. Belə ki, bir gün əvvəl qadın sözügedən marketdən qaymaq alıb. Sonradan aldığı məhsulun istifadə tarixinin başa çatdığını anlayıb və onu geri qaytarmaq istəyib. Lakin mağaza işçiləri qaymağı geri qaytarmayıb. Bir gün sonra əri ilə marketə gələn qadın yenidən əməkdaşlarla mübahisə edib. Bu zaman bıçağa əl atan qadının əri market işçilərindən birini yaralayıb.

Sözügedən kadrları sizə təqdim edirik:

Aynur

AzNews.az