İlham Əliyev Niderland Kralını təbrik edib

2 May 2013 16:16 (UTC+04:00)


Məktubda deyilir:

"Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimiz öz töhfəsini verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Villem-Aleksandra möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.


AzNews.az