Sumqayıtda həmyerlisini bıçaqlayana 10 il iş kəsildi

24 May 2019 12:14 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib.

A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.(report.az)

AzNews.az