Ruhani yeni hökumət sözçüsü təyin etdi

24 May 2019 13:21 (UTC+04:00)

İranın sabiq koorperasiya, əmək və sosial naziri Əli Rəbii İran İslam Respublikası hökumətinin siyasi, ictimai və mədəniyyət sahəsində sözçüsü təyin olunub.

İran Prezidenti Həsən Ruhani bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, hökumət sözçüsünün vəzifələrindən biri də Nazirlər Kabinetinin qərarlarını açıqlamaqdır.

Qeyd edək ki, Əli Rəbiini İran parlamenti ötən il vəzifəsindən uzaqlaşdırıb. Bundan öncə dövlət sözçüsü vəzifəsində İran prezidentinin planlaşdırma və strateji nəzarət məsələləri üzrə müavini Məhəmməd Baqir Nobəxt olub.(ona.az)

AzNews.az