Trampın qolf həvəsi büdcəyə baha başa gəlir

24 May 2019 13:55 (UTC+04:00)

Donald Trampın qolf həvəsi ABŞ Prezidenti olduğu dövrdə dövlətə 100 milyon dollardan çox başa gəlib.

“The Huffington Post” xəbər verir ki, Prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib.

Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.

Qeyd edək ki, qatı qolf həvəskarı olan Donald Tramp ABŞ və xarici ölkələrdə cəmi 16 qolf klubunun sahibidir.(report.az)

AzNews.az