Trampın üç qorxusu nədir?

24 May 2019 14:56 (UTC+04:00)

ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurma yoxdur, lakin bu ölkələr öz təmsilçiləri vasitəsilə "döyüşürlər", deyə Türkiyənin "Cümhuriyət" qəzeti yazır. ABŞ hələ ki, cəbhələrin heç birində arzuolunanı ala bilməyib. Ukrayna NATO-ya üzv ola bilmədi və üstəlik, Krımı itirdi. Suriya hissələrə parçalanmadı. Avropa Rusiya ilə əməkdaşlıq edir və bu zaman ABŞ-ın əllərinin arasından sürüşərək çıxır. Və sonra "Huavei" ətrafında hadisələr.

***

ABŞ Ukrayna cəbhəsində Rusiya, Suriya cəbhəsində Rusiya və İranla üzləşir. Tərəflər birbaşa hərbi cəhətdən bir-birinə qarşı olmasalar da, onların nümayəndələri vasitəsilə "mübarizə aparırlar".

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, ötən dövr ərzində ABŞ bu cəbhələrin heç birində arzuolunanı ala bilmədi. Ukrayna nə NATO-ya üzv ola, nə də Aİ ölkəsinə çevrilə bilib və üstəlik, Krımı itirib. Suriyada isə Əsəd dayandı," Şimal dəhlizi " yaradılmadı və ölkə parçalanmadı. Bütün bunlarla yanaşı, ABŞ-ın "qlobal liderliyi"ni şübhə altına alan üç konkret problem var.

İlk qorxu: "Huavei"

Belə problemlərdən birincisi ABŞ-ın Çinlə münasibətlərində "Huavei" ətrafında baş verən hadisələrdir. ABŞ-ın tələbi ilə Kanadada "Huavei"nin maliyyə direktoru Men Vanjou (Meng Vanzhou) həbs olunmaqla bu məsələ böyük bir problem səviyyəsinə çıxdı.

ABŞ "Huavei"in artımını qlobal liderliyinə təhlükə kimi qiymətləndirir. Axı, " Huavei "artıq Amerika nəhəngi" Apple üçün rəqabət aparan mobil telefon brendi deyil, daha vacibi isə dünyaya telekommunikasiya infrastrukturunu təklif edən, ABŞ, Aİ və Kanada şirkətlərini kənara itələyən şirkətdir.

Digər tərəfdən," Huavei "nəinki satış üzrə" Aplle-ni keçib, həm də süni intellektdən istifadə sahəsində liderliyi ələ keçirib.

"Huavei"in bütün dünyada 5G-in infrastrukturunu genişləndirməsi isə təkcə kommunikasiya sahəsini deyil, həm də nəqliyyatdan hərbi sənayeyə qədər bütün sahələri yenidən quracaq ABŞ üçün əsl kabus oldu. ABŞ "Huavei"nin Avropada 5G şəbəkələri yaratmasını istəmir və buna görə də açıq şəkildə AB ölkələrini təhdid edir.

Tramp son prezident fərmanlarından birində "Huavei"ni qara siyahıya daxil edib. Bununla əlaqədar ABŞ-ın bir sıra şirkətləri, ilk növbədə, Google artıq "Huavei"ni sata bilməyəcək.

Əslində, bu qərar Amerika şirkətlərinə "Huavei"dən heç də az mənfi təsir göstərmir. Və buna görə də, AB ölkələri ABŞ-ın müqavimətinə baxmayaraq, 5G ilə "Huavei" müqavilələrini saxlamaq niyyətini elan etdikləri üçün Tramp "Huavei" qərarını 90 gün müddətinə təxirə salmağa qərar verdi…

İkinci qorxu: "Şimal Axını-2»

Trampın daha bir qorxusu ABŞ-ın Rusiya və Almaniya ilə münasibətlərində "Şimal Axını-2" problemidir.

"Şimal Axını-2" - Almaniyanın Rusiyadan təbii qaz alacağı kəmərin adıdır. ABŞ bu layihəyə qarşı çıxır. Axı qaz Almaniyaya Baltik dənizinin dibi ilə Ukrayna və Polşadan yan keçməklə nəql olunacaq. O zaman bu qaz kəməri Berlinin Vaşinqtondan asılılığını azaldır.

Bir sözlə," Şimal Axını-2 " - Aİ-nin bir hissəsinin tədricən ABŞ-ın əlindən uzaqlaşdığı layihələrdən biridir.

Buna görə Tramp administrasiyası layihəni dayandırmaq üçün mübarizə aparır. 12 noyabr 2018-ci il tarixində ABŞ-ın energetika naziri Rik Perri (Rick Perry) Rusiyanın Almaniya ilə birlikdə həyata keçirdiyi "Şimal Axını-2" layihəsinə və Türkiyənin Rusiya-Türkiyə "Türk axını" layihəsinə, yəni onun Avropaya davam etməsinə qarşı "müqavimət göstərmək" qərarını açıqlayıb. Lakin ötən altı ay ərzində ABŞ tərəfləri geri heç bir addım atmağa məcbur edə bilmədi.

İndi ABŞ "Şimal Axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Lakin həm Moskva, həm də Berlin tərəfindən verilən siqnallar göstərir ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, "Şimal Axını-2" qurulacaq.

Üçüncü qorxu: C-400

Trampın üçüncü böyük qorxusu ABŞ-ın Türkiyə və Rusiya ilə münasibətlərində C-400 raketdən müdafiə sistemi problemidir.

ABŞ, Türkiyənin Rusiyadan C-400 satın almasına qarşı qətiyyətlə çıxış edərək, bu sistemlərin satışını ləğv etmək üçün intensiv təzyiq göstərir. Türkiyənin 400-dən alınması çox şeyi — hərbçilərdən siyasi balanslara qədər dəyişəcək. Bundan başqa, Türkiyə C-400-dən istifadə etməyə başladıqdan sonra NATO-nun üzvü kimi bir çox digər ölkələr üçün yol açacaq. Bundan başqa, Hindistan, Səudiyyə Ərəbistanı və İraq da C-400-lərin alınması istiqamətində addımlar atırlar…

Bu isə Amerikanın silah satışı bazarına mənfi təsir göstərəcək, lakin daha vacibi, digər ölkələrin silah satışı vasitəsilə təmin olunan ABŞ-dan asılılığını pozacaq.

ABŞ isə bu üç problemi hegemonluğunun azaldığı, "qlobal liderliyi" tez itirdiyi bir şəraitdə həll edə bilmədi.

Babək Göyüş

AzNews.az