Yol polisi məktəblinin həyatını xilas etdi

24 May 2019 14:59 (UTC+04:00)

Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib.

Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Rauf Məmmədov ərazidə xidmət apararkən yol kənarında azyaşlının yerə yıxıldığını görüb. Hadisə yerinə yaxınlaşdıqda isə məlum olub ki, 16 yaşlı Şamxal Həşim oğlu Bağırov qıcolma nəticəsində özündən gedib.

Huşsuz vəziyyətdə olan məktəblini yol polisi dərhal xidməti avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin vaxtında müdaxiləsindən sonra Ş.Bağırovun vəziyyəti sabitləşib.(ona.az)

AzNews.az