Con Bolton Armen Qriqoryan ilə görüşdən imtina edib

24 May 2019 15:21 (UTC+04:00)

“Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri çox uğursuz olub”.

Bunu “Qraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistanın ABŞ-dakı səfirliyinin səylərinə baxmayaraq, rəsmi Vaşinqtonun heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib: “Bu, azmış kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən imtina edib. O, Yerevana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Onda Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. Yeri gəlmişkən, ABŞ-da Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşdüyü üçün onu “kosmonavt Qranuş Akopyan” deyə çağırmağa başlayıblar”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 26-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib.(report.az)

AzNews.az