“Bakı finalını qaçırmayın, mən də orda olacağam” - Luiş Fiqu

24 May 2019 15:27 (UTC+04:00)

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib.

AVRO-2020-nin səfirlərindən olan 46 yaşlı veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib: “Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.(report.az)

AzNews.az