Azərbaycan güləşçisi İtaliyadakı yarışda finala yüksəldi

24 May 2019 15:52 (UTC+04:00)

Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında finala yüksəlib.

62 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda İsveç idmançısı Malin Yohanna Matsonu 7:4 hesabı ilə üstələyib. O, finalda Mallari Velte (ABŞ) - Henna Yohanson (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Bu çəkidə mübarizə aparan Elis Manolova və Tatyana Omelçenko 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar. 57 kq çəki dərəcəsindəki Alyona Kolesnik də 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, final görüşləri bu gün axşam saatlarında təşkil olunacaq.(rerport.az)

AzNews.az