Ermənistanda saxta sənədlərlə hərbi xidmətdən yayınma halları aşkarlandı

24 May 2019 16:27 (UTC+04:00)

Ermənistanda saxta sənədlərlə hərbi xidmətdən yayınma halları aşkarlanıb.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyinin Hərbi Polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həqiqi hərbi xidmətdən yayınmaq üçün saxtakarlıq halları və saxta tibbi sənəddən istifadə olunması faktları aşkarlanıb.

Bu cinayət əməlində şübhəli bilinənlər saxlanılıblar.(report.az)

AzNews.az