Enes Baturdan evlilik açıqlaması - "Nə olacağını bilmirəm"

24 May 2019 16:53 (UTC+04:00)

Türkiyəli məşhur Youtuber Enes Batur nikahı barədə açıqlama verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur Youtuber keçən gün etdiyi paylaşımla həqiqətən evləndiyini bildirib.

Enes Baturun izləyiciləri bu evliliyin qısa müddət sonra çıxacaq filmdən bir hissə olduğunu düşünüblər.

Youtuber İnstagram profilində “21 yaşım var. Həyatımın ən böyük və ən doğru qərarını vermişəm. Yaxşı və pis günləri geridə buraxaraq ümid və sevgi dolu bir gələcəyə ilk addım atmağın xoşbəxtliyini yaşayıram. Bundan daha yaxşı nə ola bilər, bilmirəm. Sizlərə deyəcəyim budur ki, bu xoşbəxtliyi yaşamaqdan qorxmayın. Unutmayın, heç bir şey üçün gec, heç bir şey üçün tez deyil” deyə yazıb.

Qeyd edək ki, Enes Batur özündən 8 yaş böyük bir xanımla ailə həyatı qurub.

Nigar CƏFƏR

AzNews.az