“Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı danışıqlar masasında çox həssas məsələlər var” - XİN başçısı

24 May 2019 19:46 (UTC+04:00)

“Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi ilə bağlı danışıqların uzun fasilədən sonra ilk mərhələsinin baş tutması vacibdir”.

Bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O deyib ki, bütün məsələlər bir və ya iki mərhələ ilə həll oluna bilməz: “Bunun üçün çox ciddi iş aparılmalıdır. Danışıqlar masasında çox həssas məsələlər var. Əlbəttə ki, bu məsələlər arasında ən vacibi Keşikçi Dağı Məbəd-Kompleksi və onun ətrafındakı vəziyyətdir”.

XİN başçısı qeyd edib ki, Gürcüstan tərəfi məsələ ilə bağlı öz mövqeyini açıqlayıb: “Bizim və tərəfdaşımız olan Azərbaycanın istəyi ondan ibarətdir ki, razılıqlar strateji maraqlara uyğun olmalıdır. Çünki Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli münasibətləri əksər hallarda strateji tərəfdaşlıq müəyyən edir”. (report)

AzNews.az