Hindistanda təlim mərkəzində yanğın: 15 nəfər öldü

24 May 2019 20:22 (UTC+04:00)

Hindistanda təlim mərkəzində baş verən yanğın nəticəsində azı 15 nəfər ölüb.

Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, hadisə Hindistanın Gujarat əyalətinin Surat şəhərində “Takshila” kompleksində baş verib.

Məlumata görə, yanğın binanın 3-cü və 4-cü mərtəbələrində qeydə alınıb. Hindistanın baş naziri Narendra Modi rəsmi “Twitter” səhifəsində hadisəni faciəvi adlandıraraq ölənlərin ailəsinə başsağlığı verib. (report)

AzNews.az