Fransada partlayış: 8 nəfər yaralandı

24 May 2019 20:47 (UTC+04:00)

Fransada partlayış baş verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Lion şəhərində yaşanıb.

İlkin məlumatlara görə, Viktor Hüqo küçəsində baş verən hadisə nəticəsində 1-i uşaq olmaqla 8 nəfər yaralanıb.

Polis ərazini nəzarətə götürüb.

AzNews.az