Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

24 May 2019 22:38 (UTC+04:00)

Bakıda iki dost küçədə qarət olunub.

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Əhmədzadə Məhəmməd Şahin oğlu gecə saatlarında dostu Süleymanov Süleyman Akif oğlu ilə Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında olarkən əvvəllər tanıdığı Azər adlı şəxs onlara yaxınlaşaraq pul tələb edib.

Dostlar ona pul verməkdən imtina edəndə Azər cibindəki bıçaqla S.Süleymanovu hədələyərək onun 105 manatını götürüb hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az