Bakıda intihara cəhd - Körpüyə çıxıb özünü atmaq istədi

25 May 2019 09:30 (UTC+04:00)

Bakı şəhərində intihara cəhd hadisəsi baş verib.

AzNews.az FHN-ə xəbər verir ki, Sabunçu rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzNews.az