Sinan Akçıl dörd aylıq həyat yoldaşından boşanır

25 May 2019 12:02 (UTC+04:00)

Məşhur müğənni Sinan Akçıl həyat yoldaşı Burcu Kıratlıdan boşanır.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dörd ay öncə Hollandiyada nikah masasına əyləşən cütlüyün ayrılmasına səbəb qısqanclıq olub. İkili artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Cütlüyün Ramazan Bayramından sonra boşanacağı iddia edilir.

Rəqsanə

AzNews.az