Yatdı...yuxudan ayılmadı
2 May 2013 20:11 (UTC+04:00)
İsveçin AİK klubunun qolkiperi İvan Turina evində ölmüş vəziyyətdə tapılıb. O bir gün öncə komandası ilə məşq etdikdən sonra evə qayıdıb. Evdə yatıb və yuxudan ayılmayıb. Turinan ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Vaxtilə Xorvatiya millisinin qolkiperi olmuş 32 yaşlı Turina 2010-cu ildə Zaqreb "Dinamo"sundan AİK-ə keçmişdi.
AzNews.az