ABŞ-da barda atəş açıldı - 10 nəfər yaralandı

25 May 2019 13:09 (UTC+04:00)

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Trenton şəhərindəki barların birində atəş açılması nəticəsində azı 10 nəfər xəsarət alıb.

NJ.com nəşrinə istinadla xəbər verilir ki, polis yerli vaxtla 00:25-də (Bakı vaxtı ilə 08:25) hadisə ilə bağlı məlumat alıb. İnsident nəticəsində beş kişi və beş qadının yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verdiyi barın adı hələlik məlum deyil. Polis insidentlə bağlı təhqiqata başlayıb. (Azərtac)