Donald Tramp Yaponiyaya səfər etdi

25 May 2019 14:30 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və onun həyat yoldaşı Melana Tramp Yaponiyaya gediblər.

Bu barədə “NHK News” məlumat yayıb.

Nəşrin yazdığına görə, D. Tramp Yaponiyada 4 günlük rəsmi səfərdə olacaq.

ABŞ prezidenti Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək ilk xarici dövlət rəhbəri olacaq.

Səfərin gedişində D. Tramp yeni imperiya dövründə ilk sumo güləşi yarışını izləyəcək. (ONA)