AMEA Rəyasət Heyəti aparatında təyinat olub

25 May 2019 15:00 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərinin müavini vəzifəsinə təyinat olub.

Akademiyaya istinadən verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, bu vəzifəyə fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təyin edilib.

S. Süleymanov daha öncə SETM-ın 1 nömrəli elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. (ONA)