Türkiyə İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib

25 May 2019 22:43 (UTC+04:00)
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Kərkük rayonuna endirilib. Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib