Bakıda qadını maşın vuraraq qaçıb

25 May 2019 23:35 (UTC+04:00)
Bakının Nəsimi rayonunun 4-cü mikrorayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızı saat 21:00 radələrində yolu keçərkən minik avtomobili tərəfindən vurulub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəstə kəllə-beyin silkələnməsi diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağırdır. Aznews.az