Yaponiyada iki gəmi toqquşdu - İtkin düşənlər var

26 May 2019 09:50 (UTC+04:00)

Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub.

"NHK" telekanalının verdiyi məlumata görə, toqquşma nəticəsində gəmilərdən biri batıb və onun göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Gəminin kapitanı xilas edilib.

Qeyd edilir ki, qəza gecə saatlarında duman səbəbindən baş verib. Batan gəmi 1.6 min tona yaxın polad daşıyırmış və Osakaya gedirmiş.

Hazırda sahil mühafizəsi qayıqlar və helikopterlər vasitəsilə itkin düşənlərin axtarışlarını aparır.(trend.az)

AzNews.az