Bakıda mənzildən 60 yaşlı kişinin meyiti tapıldı

26 May 2019 10:08 (UTC+04:00)

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az