Rumıniyada antikorrupsiya referendumu keçirilir

26 May 2019 15:45 (UTC+04:00)

Rumıniyada Avropa parlamentinə seçkilərlə eyni gündə antikorrupsiya referendumu keçirilir.

Rumıniya vətəndaşları “Siz korrupsiya cinayətlərinə görə amnistiyanın qadağa olunması ilə razısınızmı” və “Hökumətin müstəqil olaraq cinayət, cəza və məhkəmə prosesinin təşkili ilə bağlı qərarlarına qadağa qoymaq və Konstitusiya məhkəməsinə hökumətin qərarını ləğv edilməsi səlahiyyətinin verilməsi ilə razısınızmı” suallarına cavab verməlidirlər.

İqtidar və müxalifət partiyaları arasında antikorrupsiya mübarizəsi ilə bağlı fikir ayrılığına son qoyacaq.

Referendumun təşəbbüskarı Rumıniya Prezidenti Klaus Yohannisdir.(AZƏRTAC)

AzNews.az