İrandan qonşu ölkələrə gözlənilməz təklif

26 May 2019 17:00 (UTC+04:00)

Tehran Fars körfəzi ölkələrinə Yaxın Şərqdəki proseslər fonunda bir-birinə hücum etməmək barədə saziş imzalamağı təklif edəcək.

RİA Novosti xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Məhəmməd Əli əl-Hakimlə görüşdə bəyan edib.

O bildirib ki, hazırda sazişlə bağlı müvafiq sənəd hazırlanır.

“İranın region dövlətləri ilə bir-birinə hücum etməmək barədə sazişin imzalanması təklifi masa üzərindədir”, - deyə Zərif vurğulayıb.(oxu.az)

AzNews.az