Bakıda 25 yaşlı qız intihar etdi

26 May 2019 18:14 (UTC+04:00)

Bakıda gənc qız intihar edib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında 25 yaşlı qız özünü binanın yuxarı mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

AzNews.az