Kürdəmirdə yük maşını traktora çırpıldı - FOTO

26 May 2019 19:52 (UTC+04:00)

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olan zaman, Özbəkistan vətəndaşı, hazırda isə Salyan rayonunda qeydiyyatda olan 1957-ci il təvəllüdlü Əsədov Əli Ağayeviç idarə etdiyi "Kamaz" markalı yük maşını ilə arxadan ona çırpılıb. Nəticədə sürücülərdən xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az