Ucuz oyunçunun reklamı…

26 May 2019 22:15 (UTC+04:00)

Azərbaycanın regionlar və qlobal səviyyədə sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün platforma rolunu oynamaqla dünyada sülhün və əminamanlığın bərqərar olmasına öz töhhfəsini vermək adət ənənəsi var.

Uzun illərdir ölkəmiz sülhpərvər və humanist dövlət ənənəsinə sadiq olaraq, çoxsaylı beynəlxalq və regional formatlarda idman, mədəniyyət yarışlara ev sahibliyi edir. Ölkəmiz təkcə bayram ab-havası ilə müşaət olunan yarışlara deyil , həmçinin planetimizin qaynar ocaqları, konfliktli situasiyalarla üzləşən ölkələr və belə konfliktli situasiyaların həll və idarə olunmasında marağı olan tərəflər üçün beynəlxalq humanitar, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərə də evsahibliyi edir.

Məsələn, Avroviziya musiqi yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bayram ab-havalı tədbirlərlə paralel,dünyanın qaynar ocaqlarından olan Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun müxtəlif ölkələrin və beynəlxalq hərbi və humanitar təşkilatların çoxlu sayda nümayəndəsinin qatıldığı toplantısına – “Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşünə” evsahibliyi etişdir.

Həmçinin Azərbaycan NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələlər barədə müzakirəsinə üç dəfə evsahibliyi etməklə planetimizdə sülhün və əminamanlığın bərqərar olması üçün qlobal güclərinin hərbi rəhbərliklərinin qarşılıqlı mövzuların müzakirə üçün sülhpərvər platforma rolunu oynamışdır.

Bu proseslər isə ənənəvi olaraq Şərqlə Qərbin kəsişməsində mədəniyyətlər və dinlərası körpü rolunu oynayan, mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında təşəbbüskar olan kiçik Azərbaycanın böyük uğurlarından narahat olan Qərbdəki ənənəvi anti-Azərbaycan dairələrinin , ərazimizin 20 % ni işğal etmiş Ermənistan və onun qərbdəki havadarlarının ölkəmizə qarşı çirkin kampaniyaları ilə müşaət olunmuşdur.

Bu günlərdə hamılıqla müşahidə etdiyimiz növbəti qarayaxma kampaniyası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlıdır.

Mayın 29 da Bakıda UEFA Avropa Liqasının finalında İngiltərənin iki futbol klubu Chelsea və Arsenal klubları qarşılaşacaq.

İdman yarışlarının kütləviliyi və bu yarışlarla bağlı xəbərləri müxtəlif cooğrafiyalarda, medialarda səxavətlə işıqlandırılması, keçirildiyi ölkələrə böyük maliyyə vəasitləri gətirməsi belə yarışları həmişə müxtəlif siyasi və iqtisadi lobbi qrupları üçün cazibədar etmiş və bu kütləvi yarışmalar bu qrupların müxtəlif çirkin məqsədlərinin ictimai və siyasi lobbiçiliyi üçün alət olaraq istifadə edilmişdir.

Məsələn , UEFA Avropa Liqasının Bakıda keçirilən finalında oynayacaq ingilis komandalarından birinin erməni əsilli oyunçusu Mxitaryan Ermənistan dövlətinin „drijor”lugu ilə final oyununu çörəyini yediyi ingilis komandasının idman maraqlarına uygun deyil öz təcavuzkar dövlətinin siyasi maraqlarına xidmət etməklə Bakıya gəlməkdən imtina etdi. O bunu təhlükəsizlik baxımından izah etdi. Mxitaryan Azərbaycan dövlətinin təhlükəsizliyinə qızıl zəmanət verdiyi, UEFA nın bu zəmanəti təsdiqlədiyi halda belə Bakıya gələrək komanda yoldaşları ilə oyunda iştirak etməkdən imtina etdi.

Qərbdəki Anti Azərbaycan dairələri və onların media resursları futbolçudan daha çox erməni millətçisi mövqeyi sərgiləyən Mxitaryanın bu absurd yanaşmasını hibrid üsullarla tirajladı, daxildə və xaricdə sosial media üzərindən geniş kütlələrin müzakirəsi üçün sistemli informasiya əməliyyatları ilə ictimai fikirin manipulyasiyası aparıldı.

Bu mövzu Ermənistan Xarici İşlər Nazirliyinin Mxitaryanın Bakıya gəlməməsi səbəbini şərh etməsi ilə qapandı. Belə ki, Xocalıda əli qana batmış, 2 yaşlı körpə körpələrin qatılı bir dövlətin XİN sözcüsü dünyada mədəniyyətlər arası körpü, tolerantlıq etalonu kimi özünü sübut etmiş Azərbaycanı və onun sülhpərvər və mehriban cəmiyyətini rassizmdə günahlandıracaq qədər absurd fikirlər söylədi. Əslində bununla hamıya bizim çoxdan söylədiyimiz həqiqətlər aydın oldu və baş verənlər bütün dünyaya yalançı və saxtakar ermənistan dövlətinin iç üzü bir daha görsətdi.

Bu informasiyaların fonunda dünya mediasında birdən birə Arsenalın Mxitaryanı satmaq haqqında fikirləri yer aldı. Əslində Arsenalın UEFA final oyununda meydanda komanda yoldaşları ilə oynamaqdan imtina edən,UEFA finalında futbolçu deyil işğalçı dövlətinin şövinist siyasətçisi perfomansını sərgiləyən Mxitaryandan “canını qurtarmaq” istəyi anlaşılandır. Bu həmçinin Arsenala yaxın media və fan klubların Mxitaryanla bağlı bu proseslərdəki “canfəşanlığını” da izah edir. Bütün bunları biz Arsenalın öz ücuz “məhsulunu” daha baha getsin deyə reklam kampaniyası təşkil etməsi də adlandıra bilərik.

Bütün bu səs küy isə UEFA Bakı finalı və bu finalı izləmək üçün dünyaca məhşur futbolçular və ya simaların ölkəmizə təşrif buyurmasına, finalı izləməyə gələn 30 mindən çox xarici turistə və belə yüksək oyunu öz ölkəsində izləməkdən fərəh hissi keçirən yerli azarkeşləri narahat etməyəcək və bu final daha öncəki yarışmalar kimi yaddaşlarda bayram abu-havası ilə qalacaq…

Yeganə Hacıyeva

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert

AzNews.az