ATƏT-in nümayəndəsi cinayət məcəlləsinə edilən təkliflərdən narahatdır

3 May 2013 07:31 (UTC+04:00)
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatovic böhtanın cinayət işi hesab edilməsi ilə bağlı Azərbaycanda cinayət məcəlləsinə təklif edilən düzəlişdən dərin narahatlıqğını bildirib.

O hesab edir ki, bu hakimiyyətin internet informasiya vasitələri üzərində nəzarətini daha da genişlndirəcək.

Mjatoviç deyir ki, 2006-cı ildə prezident İlham Əliyevin insan haqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi Milli Fəaliyyət Planında difamasiyanın cinayət işi hesab edilməməsi nəzərdə tutulur.


Amma Baş Prokurorluğun təklif elədiyi bu düzəlişlər bunun əksinədir.

Dunya Miyatovic deyir ki, o Azərbaycan hakimiyyətini bu sahədə verdiyi vədləri yerinə yetirməyə çağırıb və bu prosesə gömək etməyə hazır olduğunu bildirib.

Hazırda Azərbaycandakı mövcud qanunda böhtana görə 3 il həbs nəzərdə tutulur (azadliq.org).

AzNews.az