Ermənistan iranlılar üçün kazino açdı
3 May 2013 07:42 (UTC+04:00)
Ermənistanın Maliyyə Nazirliyi İran sərhəddində kazino açılması ilə bağlı layihəni bəyənib. Beləliklə də Meqridə açılacaq kazino artıq 4-cü olacaq. Layihəyə görə, kazino məktəb, uçaq bağçası, mədəni abidələr, dövlət orqanlarının binalarından müəyyən məsafədə yerləşməlidir.
Növbəti kazinonun İran sərhəddindəki Meqri şəhərində açılması isə daha çox müştəri toplamağa hesablanıb. İran əhalisinin kazinoya axışacağını düşünən iş adamları məhz belə bir qərar verib.
Elnarə
AzNews.az