Əxlaqsızlıq etməlidirlər - Vüsalə ilə Cavid həmkarlarını lağa qoydu

27 May 2019 11:21 (UTC+04:00)

Aparıcılar Vüsalə Əlizadə və Cavid Gülün həmkarları haqda açıqlaması diqqət çəkib.

AzNews.az xəbər verir ki, “ATV maqazin onlarla” verilişində “Onlarla üç dəqiqə” rubrikasında qonaq olan Cavid Gül muxbirin “Aparıcılar gündəmdə qalmaq üçün nə etməlidirlər?” sualına “Əxlaqsızlıq etməlidirlər” deyə cavab verib.

Vüsalə Əlizadə də həmkarının sözünü təsdiqləyərək “Əslində indi bu, tələb olunur” deyib.

Rəqsanə

AzNews.az