Ramiz Rövşən: “Çox ədalətli bir sərəncamdır”

27 May 2019 11:02 (UTC+04:00)

Şair Ramiz Rövşən “Xalq şairi” fəxri adına layiq görülməsinə münasibət bildirib.

O AzNews.az-a açıqlamasında prezident İlham Əliyevin sərəncamını yazıçılara, şairlərə, ümumilikdə söz adamlarına olan diqqətdən irəli gəldiyini deyib:

“Bütün fəxri ad alan həmkarlarım bu ada layiqdir. Mən sərəncamdakı siyahını diqqətlə oxudum. Çox ədalətli bir sərəncamdır. Doğrudan da peşə və istedad əsas götürülüb. Saysız-hesabsız təbriklər almışam. Təbriklər hələ də davam edir”.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncama görə, şair Ramiz Rövşən də “Xalq şairi” fəxri adına layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az