Bakıda tələbə öldürülüb

3 May 2013 08:16 (UTC+04:00)


Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında qeydə alınıb.

Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilder Adolfa naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, öldürülən şəxs Qərb Universitetinin tələbəsidir.

AzNews.az