Müsavat aksiyasına 220, Milli Şura isə 330 nəfər toplaya bildi

28 May 2019 20:57 (UTC+04:00)

Bu gün Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Qeyd edək ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən ONA-ya verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

AzNews.az