İsti hava şəraiti davam edəcək

3 May 2013 10:55 (UTC+04:00)


Dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 5,6 dərəcə yüksək olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti təşkil edəcək.

Mayın 5-də hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 4-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 32, dağlarda 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək

Mayın 5-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcəyədək, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək.


AzNews.az