Təkcə “Arsenal”mı uduzdu?

30 May 2019 10:38 (UTC+04:00)

Dediyim kimi, mənim futboldan elə də başım çıxmır.

Düzünü bilmək istəyirsinizsə, heç dünən matça da baxmadım.

Bəlkə də qınayacaqsınız, “UEFA Avropa Liqasının final oyunu Bakıda keçirilir, amma bu necə adamdır, stadion bir yana, heç televizordan da yarışı izləmir” deyə tənə edəcəksiniz.

Image result for çelsi arsenal 4-1

Haqlısınız, nə deyim?

İntəhası, mənim də özümə görə dünyagörüşüm, maraq dairəm, öncəliklərim var.

"Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", lap elə “Dinamo” Kiyev olsaydı, meydanın bir tərəfində olardım, inanın, oyunu qaçırmazdım.

Amma Bakıda “Arsenal” və “Çelsi” qarşılaşmalı idi və qarşılaşdı.

Bu komandaları xüsusi dəvətnamə ilə kimsə gətirməmişdi Bakıya, mərhələlər keçib finala yüksəlmişdilər, Azərbaycan olaraq biz də illər öncədən çempionatın əsas oyununun Bakıda keçirilməsi barədə UEFA ilə razılaşmışdıq.

Di gəl, “Arsenal” oyunu meydandan kənarda oynamağa üstünlük verdi.

Alt dodaqları yer, üst dodaqları göy süpürdü, özünü final oynayacaq alicənab ingilis komandası kimi yox, Ermənistan millisi kimi apardı.

Məsut Özil kimi bir ulduzdan faydalanıb Azərbaycan tamaşaçısının dəstəyini qazanmadı.

Bakıdan darmadağın olub getdi, sosial şəbəkələrdən izlədiyim qədər məğlubiyyətinə bir adam da olsun üzülmədi, əksinə, hər kəs, “bravo Çelsi” deyib “cığal ordunu”nun qapısının xəlbirə dönməsinə sevindi.

Image result for çelsi arsenal 4-1

Dediyim kimi, mənim futboldan elə də başım çıxmır, o üzdən oyunun texniki tərəflərinə toxunmayacam, amma UEFA finalını siyasiləşdirənlərin də “Arsenal”la birgə darmadağın olmasının üstündən keçməyəcəm.

Əvvəla, Böyük Britaniyanın xarici işlər nazirliyinin məlum tövsiyyəsini xatırlayaq. Ölkəmiz haqqında elə “dərin narahatçılıqla” öz vətəndaşlarına məsləhət vermişdi ki, sanki final oyunu Azərbaycanda deyil, İraqda, Əfqanıstanda, Suriyada keçirilir. Nə oldu, kimin burnu qanadı Bakıda? Hər iki komandanın əcnəbi azarkeşləri paytaxtımıza rahat gəldilər, asudə gəzib-dolaşdılar, halal xoşları olsun, xirtdəyəcən yeyib-içdilər, gen-bol otellərdə gecələdilər.

Nəyi pis oldu?

Nədən narazılıq edəcəklər?

Əlbəttə, futbolla ilgilənən hər kəs istəyər ki, UEFA finalı kimi tarixi qarşılaşmalar onun öz doğma şəhərində, hətta doğma şəhərində ona ən yaxın stadionda keçirilsin.

Bu istək anlaşılandır, lakin başa düşülməsi bir az çətin olan Azərbaycan müxalifətinin, ən çox da həmin düşərgənin Milli Şura cinahının Mxitaryanın 7 nömrəli formasını geyinib Azərbaycanın qapısına qol vurmaq həvəsi idi.

“Arsenal”ın meydandan kənar oyununda Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, onun mənəvi-əxlaqi qardaşı Nazim Bəydəmirli amiqoluq edirdi, Aslan İsmayılov isə həmişə olduğu kimi şeypur çalırdı...

Image result for çelsi arsenal 4-1

"Arsenal" da uduzdu, amiqolaru da!

Futboldur, “Arsenal” heç uduzmaya bilərdi, amma Azərbaycana qarşı amiqoluq edənlər və şeypur çalanlar hər zaman uduzmağa məhkumdur!

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının Baş redaktoru