Məşhur türk müğənnisi Rafet El Roman 2016-cı ildə boşandığı Ceren Kaplakarslanın atası Atilla Kaplakarslana haqsızlıq etmək səbəbi ilə mühakimə olunur.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, keçmiş qayınatası ilə bağlı paylaşımları səbəbindən müğənninin 2 il 3 ay həbsi istənilir.
İddiaları qəbul etməyən Rafet El Roman ilk məhkəməyə getməyib.
Qeyd edək ki, Rafet El Roman keçmiş qayınatası üçün "Yalançı yaltaq! Gözəllik yarışmaları edib, qızları özünə və dostlarına seçir" sözlərini yazıb.
Səidə Vahid
AzNews.az