"Çelsi"nin qalib gəlməsini istəyirdim, o komanda da qalib gəldi - Murad Dadaşov

30 May 2019 14:46 (UTC+04:00)

Xəbər verdiyimiz kimi ötən gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyununda iki ingilis klubu “Arsenal”la “Çelsi” üz-üzə gəlib. “Çelsi” rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Image result for chelsea arsenal 4 1

AzNews.az məşhurlara “Ötən gün ölkəmizdə “Çelsi” ilə “Arsenal”ın final oyunu baş tutdu. Hansı futbol komandasına azarkeşlik edirdiniz və “Çelsi”nin qalib gəlməsinə münasibətiniz necə oldu?” sualı ilə müraciət edib.

Image result for Murad Dadaşov

Xalq artisti Murad Dadaşov: "Ümumiyyətlə, “Qarabağ" futbol klubuna azarkeşlik edirəm. Dünənki oyuna gəlincə 70 minlik stadiona azarkeşlik edirdim. Amma müəyyən məsələlərə görə "Çelsi"nin qalib gəlməsini istəyirdim, o komanda da qalib gəldi. Ölkəmizdə “Arsenal” klubunun yarımüdafiəçisi Henrix Mxitaryanın formasını görmək istəmirdim".

Image result for Zamiq Hüseynov

Müğənni Zamiq Hüseynov: “Hər kəsin öz favorit komandası var. “Çelsi” klubunu çox sevirəm və oyunlarını sevə-sevə izləyirəm. Amma “Arsenal” mənim uşaqlıq sevdamdır. O klubda da çox sevdiyim oyunçular olub. Türk qardaşımız Mesut Özil “Arsenal"da olduğu üçün çox istəyirdim ki, “Arsenal” qazansın”.

Image result for İlkin Həsənli

Aparıcı-aktyor İlkin Həsənli: “Çelsi” azarkeşi deyiləm. Amma bu komandanın qalib gəlməsini istəyirdim, elə də oldu”.

Image result for Namiq Qaraçuxurlu

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu: "Futbola o qədər də marağım yoxdur. Ara-sıra tanınmış futbolçuların oyunlarına baxıram. Bu dəfə isə ayağımdan əməliyyat olunduğum üçün səhhətimlə məşğul idim. Bu oyunu nə izləyə, nə də azarkeşlik edə bildim”.

Image result for Aytən Səfərova

Aparıcı Aytən Səfərova: "Qızım "Çelsi" komandasını dəstəkləyirdi. "Çelsi" də qalib gəldi və onun üçün ikiqat bayram oldu. Mən isə möhtəşəm final oyunu izlədim".

Image result for Eldar Qasımov

Müğənni Eldar Qasımov: “Futbol azarkeşi deyiləm. Sadəcə istəyirdim ki, hər iki komanda Bakımda keçirilən oyundan böyük zövq alsınlar və unudulumaz xatirələrlə vətənlərinə dönsünlər”.

Image result for Tünzalə Ağayeva

Əməkdar artist Tünzalə Ağayeva: "Final oyununda vətənimdə keçirilən böyük hadisə olduğu üçün iştirak etdim. Sadəcə Azərbaycan futbolçularına pərəstiş edirəm".

Rəqsanə

AzNews.az