Neftçilər aksiya keçirdirlər

3 May 2013 11:38 (UTC+04:00)
Bu gün ARDNŞ-nin Bibiheybət NQÇİ-nin 4-cü mədənin işçiləri tətil ediblər.

İdarəsinin işçiləri əmək haqqının azlığına etiraz edirlər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının ANS PRESS-ə verdiyi məlumata görə, işçilərin, xüsusən də fəhlələrin əmək haqqı həddindən artıq aşağıdır: "Bu idarədə fəhlələrin əmək haqqı 170-320 manat civarındadır. Ən yüksək məvacib alan 345-350 manat maaş alır".

Onun sözlərinə görə, hal-hazırda Bibiheybət Neft-Qaz Çıxarma İdarsəinin rəhbərliyi işçilərlə görüşür.

AzNews.az