Bir neçə həftə öncə həbsdən çıxan prodüser Təranə Səmədova Tarix Əliyevin "Toliklə tam səmimi" verilişində qonaq olub.
AzNews.az xəbər verir ki, Təranə həbsə düşməsindən danışıb. Bildirib ki, ən böyük səhvi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə gedərkən özü ilə vəkil aparmaması olub.
Prodüser sosial mediada onu təhqir edənlərdən də söz açıb.
"Bilmədən məni qınayıb, mühakimə edirlər. Çıxmağıma sevinənlər yazırlar ki, ana balasına qovuşdu. Bəziləri də deyir ki, bəs onun satdığı qızların anası ana deyildi? Siz mənim üzümə duran qızları görsəydiniz, yazdıqlarınıza utanardınız. Hətta birinin anası qızını övladlıqdan silib".
Aynur
AzNews.az